Qəbələdə avtomobil kanala düşdü

Qəbələdə avtomobil kanala düşdü

31 Yanvar 2012 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qəbələ rayonu, Sultannuxa kəndi ərazisində qeydə alınıb. "İj" markalı minik avtomobili kanala düşüb. Nəticədə, sürücü - 1971-ci il təvəllüdlü Xəqani Kamal oğlu Vahabov hadisə yerində ölüb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər X.Vahabovun cəsədini kanaldan çıxarıblar.

O.M.