Pirşağıda böyük bir ailə dəm qazından zəhərləndi

Pirşağıda böyük bir ailə dəm qazından zəhərləndi

31 Yanvar 2012 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu rayon Polis İdarəsindən bildirilir ki, bu gün səhər saatlarında Bakının Pirşağı qəsəbəsində qəsəbə sakinləri, 49 yaşlı Ədalət Eyvazov, onun həyat yoldaşı, 44 yaşlı Məhəbbət Eyvazova, övladları - 24 yaşlı Ləman Eyvazova, 18 yaşlı Gülüş və 15 yaşlı İman yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya aparılıblar. Onlardan Ə.Eyvazovun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.