Bakı-Kiyev sərnişin qatarı avtomobillə toqquşdu

Bakı-Kiyev sərnişin qatarı avtomobillə toqquşdu

30 Yanvar 2012 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Kiyev sərnişin qatarı Dağıstan ərazisində "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Nəticədə avtomobildə olan 3 nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı ucbatından baş verib. Sürücü nizamlanmayan dəmiryolu keçidini sərnişin qatarının sürətini nəzərə almadan keçmək istəyib, bu isə ağır faciəyə səbəb olub.
Qatarların hərəkəti davam edir.

O.M.