Qazıməmməd-Qazax magistral qaz kəməri partladı

Qazıməmməd-Qazax magistral qaz kəməri partladı

30 Yanvar 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11:30 radələrində Qazıməmməd-Qazax magistral qaz kəmərinin 118-ci kilometrliyində qaz sızmasından dəhşətli partlayış baş verib.

Partlayış Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb.
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Partlayış baş verən ərazi yüksəklikdə olduğu üçün texnikanın hadisə yerinə cəlb lunmasında çətinlik var. Yanğın alovları 30 metrdən də yüksəyə qalxdığı üçün 10 kilometrdən görünə bilir. Yerli sakinlərin bildirdiyinə görə, kəmərin müxtəlif hissələrində əvvəllər də qaz sızmaları müşahidə olunub.

O.M.