Milli Ordunun əsgəri ehtiyatsızlıq ucbatından həlak oldu

Milli Ordunun əsgəri ehtiyatsızlıq ucbatından həlak oldu

30 Yanvar 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində ölüm hadisəsi qeydə alınıb. 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.

O.M.