Göyçayda idarəetməni itirən avtomobil digər maşını kanala saldı

Göyçayda idarəetməni itirən avtomobil digər maşını kanala saldı

30 Yanvar 2012 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, dünən saat 14.00 radələrində Cəyirli kənd sakini, 1963-cü il təvəllüdlü Maqsudov Lütfiyar Sərxan oğlunun idarə etdiyi 01 BC 826 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil Göyçay-Bərgüşad-Ucar yolunun 4-cü km-də, Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindəki körpüdə qarşıdan gələn, Ucar rayon sakini, 1972-ci il təvəllüdlü Soltanov Elmi Mirzəxan oğlunun idarə etdiyi 61 BD 224 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub.

"VAZ 2106" zərbənin təsirindən körpünün kənarındakı metal konstruksiyanı qıraraq 5 m hündürlükdən kanala düşüb. Sürücü ətrafdakı insanların yardımı ilə sudan çıxarılıb. Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.