Dünən Bakıda daha 4 nəfər dəm qazından boğuldu

Dünən Bakıda daha 4 nəfər dəm qazından boğuldu

30 Yanvar 2012 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda 58 yaşlı Turan Musayeva və onun oğlu, 31 yaşlı Əli Musayev yaşadığı evdə dəm qazından boğularaq ölüblər.

Digər hadisə Bakının Yasamal və Binəqədi rayonlarında qeydə alınıb. Bakı şəhər sakinləri, 30 yaşlı Nəriman Əliyev və 35 yaşlı Ramin Şirməmmədov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

O.M.