Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

29 Yanvar 2012 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, dünən səhər saatlarında Ələt-Astara magistralının 106- cı kilometrliyində - Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Astara rayonu istiqamətində hərəkət edən Lerik rayon sakini Mirələm Rəmi oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil əks istiqamətdən gələn Masallı rayon sakini, 33 yaşli Nurlan Xudaşirin oğlu Cabbarlının idarə etdiyi "VAZ- 2172" markalı avtomobillə toqquşub. Nəticədə, "Jiquli"nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hadisə "Mercedes"in sürücüsünün qəfildən idarəetməni itirməsi üzündən baş verib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

O.M.