Hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində 25 cinayət işi açılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində 25 cinayət işi açılıb

27 Yanvar 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2011-ci ildə Azərbaycan hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 30 məlumat daxil olub. Onun sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

O.M.