Protez döş istehsal edən Fransa şirkətinin rəhbəri tutuldu

Protez döş istehsal edən Fransa şirkətinin rəhbəri tutuldu

26 Yanvar 2012 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Poly Implant Prothese (PIP)" şirkətinin məhsullarından dünyada 4-5 milyon qadın istifadə edir

Bir zamanlar məşhur olan, dünya səhiyyə və kosmetologiya bazarında ən çox satılan "Poly Implant Prothese (PIP)" şirkətinin məhsulları indi böyük bir qalmaqalın mərkəzindədir. Sən demə, PIP şirkətinin protez döşləri insan orqanizmi üçün olduqca təhlükəlidir. France Presse-nin məlumatına görə, barəsində beynəlxalq axtarış elan edilmiş şirkət rəhbəri Jan Klod Mas bu gün səhər tezdən dostunun evində tutulub. Yeri gəlmişkən, o, dekabr ayında Fransanın Marsel şəhərində aparılan tibbi təhqiqatların mənfi nəticələrinə görə axtarışa verilmişdi. Jan Klod Mas sağlamlığa qəsdən xətər yetirməkdə və qəsdən adam öldürməkdə ittiham olunur. Belə ki, Fransa həkimləri "Poly Implant Prothese (PIP)" şirkətinin məhsullarından istifadə edən 20 qadında xərçəng xəstəliyinin başladığını müşahidə ediblər. Onlardan 16 nəfəri döş vəzlərinin xərçəngindən əziyyət çəkir. Artıq Fransa, Almaniya və Çexiya həkimləri bu tip protezlərdən istifadə edən qadınlara rəsmən onlardan azad olmağı tövsiyə ediblər. Böyük Britaniya həkimləri isə analoji addımı atmağa tələsmirlər.

Xatırladaq ki, "Poly Implant Prothese (PIP)" protez döşlərində qeyri standart gellərdən istifadə olunduğu aşkar edildikdən sonra 2010-cu ildən şirkətin bütün məhsulları Avropa bazarından çıxarılmağa başlayıb. Jan Klod Mas özü də ilkin ifadəsində istehsal zamanı standartlara uyğun olmayan gellərdən istifadə etdiyini etiraf edib.
Xatırladaq ki, bu gün dünya üzrə 4.-5 milyon qadın "Poly Implant Prothese (PIP)" şirkətinin protezlərindən istifadə edir.

Yağışdan çıxıb yağmura düşmək buna deyirlər...

Aqil Hüseynov

O.M.