Gəncədə iki maskalı quldur mağazaya basqın etdi

Gəncədə iki maskalı quldur mağazaya basqın etdi

26 Yanvar 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə şəhəri N.Nərimanov küçəsində, şəhər sakini Şaməddin Binnətova məxsus mağazada satıcı işləyən Şahin Məmmədov polisə zəng edərək, maskalı 2 naməlum şəxsin idarə etdikləri "VAZ-2101" markalı avtomaşınla mağazanın vitrin şüşəsini sındıraraq oraya girmələrini, bıçaqla onu hədələyərək, oradan 400 manat pul və 800 manat dəyərində ərzaq məhsulları aparmalarını bildirib. Soyğunçuluqda istifadə olunan avtomaşın hadisə yerində qalıb. İlkin əməliyyat-axtarış tədbirləri aparılır.

O.M.