Lənkəran çörək zavodunda güclü yanğın baş verdi

Lənkəran çörək zavodunda güclü yanğın baş verdi

26 Yanvar 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11.20 radələrində Lənkəran şəhərinin Böyük bazar ərazisində yerləşən çörək zavodunda güclü yanğın baş verib. Zavodun qazanxanasının mazut çənindən başlayan yanğın müəssisənin içərisinə, həmçinin yüksək gərginlikli elektrik transformatoruna yayılıb. İşçilər təcili evakuasiya olunub və hadisə barədə "101" xidmətinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə güclü yanğını 30 dəqiqə ərzində lokallaşdırmaq mümkün olub. Yanğın nəticəsində çörək zavoduna məxsus qazanxana və elektrik transformatoru sıradan çıxıb, eləcə də zavodun yardımçı tikililərinə qismən ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

O.M.