2 saylı həbsxanaya narkotik keçirmək istədilər

2 saylı həbsxanaya narkotik keçirmək istədilər

26 Yanvar 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsindən bildirilir ki, polisə daxil olan əməliyyat məlumatı əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mahir Abdullayevə gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın içərisindən 4,276 qram heroin və 3,7 qram marixuana aşkar edilərək götürülüb. Məhkuma sovqatı gətirən Göyçay rayon sakini, Mübariz Məmmədov isə saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.