Bakıda tunelə bomba qoyulması barədə yanlış məlumat verildi

Bakıda tunelə bomba qoyulması barədə yanlış məlumat verildi

26 Yanvar 2012 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsindən bildirilir ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edən naməlum şəxs paytaxtın Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə partlayıcı qurğu qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında FHN mütəxəssisləri və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində axtarış aparıblar. Nəticədə, sözügedən ərazidə hər hansı partlayıcı qurğu aşkar edilməyib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda polis yalan məlumat verən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

O.M.