Abşeron məhkəməsinin iclasında bıçaqlanma hadisəsi oldu

Abşeron məhkəməsinin iclasında bıçaqlanma hadisəsi oldu

25 Yanvar 2012 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron Rayon Polis Şöbəsindən bildirilir ki, bu gün saat 16:30 radələrində Abşeron rayon məhkəməsində keçirilən prosesdə tərəflər arasında dava düşüb. Nəticədə bir nəfər, 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun 4 bıçaq zərbəsi aldığı, hazırda vəziyyətinin ağır olduğu bildirilir. Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan T.Mirzəliyevin qardaşını bir il əvvəl Elgün Babayev adlı sürücü avtomobillə vuraraq öldürüb. Lakin istintaq onu həbs etməyib. Buna görə də qarşı tərəf məhkəməyə üz tutub. Bu gün keçirilən prosesdə tərəflər arasında dava düşüb. Dava zamanı T.Mirzəliyev E.Babayevin yaxınları tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

O.M.