Lənkəranda sərnişin avtobusu yandı

Lənkəranda sərnişin avtobusu yandı

25 Yanvar 2012 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda sərnişin avtobusunda yanğın baş verib. Hadisə bu gün saat 15:40 radələrində şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Faiq Alı oğlu Cəfərovun idarə etdiyi "PAZ" markalı, 42 AC 425 dövlət nömrə nişanlı Böyük bazar-Mikrorayon marşrutu üzrə işləyən sərnişindaşıma avtobusunun mühərriki alışıb. Sürücü dərhal maşını saxlayıb və sərnişinlər salonu tərk ediblər. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını yanğını söndürsə də, avtobus yararsız hala düşüb. İlkin versiya kimi yanğına avtobusun mühərrikindəki nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

O.M.