Dövlət ittihamçısı İslam partiyasının sədr müavininə 2 il 6 ay hökm istədi

Dövlət ittihamçısı İslam partiyasının sədr müavininə 2 il 6 ay hökm istədi

25 Yanvar 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sumqayıt şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin həbsdə olan təşkilati işlər üzrə müavini Arif Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Anar Qasımovun verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, A.Qəniyevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, A.Qəniyev Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir.
Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd "Makarov" tipli tapança, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd "PM" patronu aşkar edilərək götürülüb.

O.M.