Şəki sakini öldürdüyü şəxsin cinsiyyət orqanını kəsdi

Şəki sakini öldürdüyü şəxsin cinsiyyət orqanını kəsdi

25 Yanvar 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Vidadi Hikmət oğlu həmyerlisi, 1968-ci il təvəllüdlü Musayev Rasim Şakir oğluna bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra onun cinsiyyət orqanının 1/3 hissəsini kəsib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisəni törədən şəxs Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

O.M.