Gürcüstan vətəndaşını qarət edənlər dünən tutuldular

Gürcüstan vətəndaşını qarət edənlər dünən tutuldular

25 Yanvar 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən bildirilir ki, dekabrın 29-da Nizami rayonu Ə.Kürçaylı küçəsində naməlum şəxslər Gürcüstan vətəndaşı Eldar Musayevin əlindən içərisində 78 min 500 ABŞ dolları olan paketi alıb qaçıblar. Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov yanvarın 24-də tutulublar.

O.M.