Bakıda 62 yaşlı qadın özünü asdı

Bakıda 62 yaşlı qadın özünü asdı

25 Yanvar 2012 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Polis İdarəsindən bildirilir ki, ötən gecə Kənd Əhmədli qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 12-də intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 62 yaşlı Elmira Fərrux qızı Süleymanova yaşadığı evin həyətindəki hamamda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.