Qusar rayonunda zorakılıqla öldürülən kişi meyiti tapıldı

Qusar rayonunda zorakılıqla öldürülən kişi meyiti tapıldı

24 Yanvar 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 23-ü axşam saatlarında rayonun Gədəzeyxur kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Novruzbəy Rəşid oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri olub. Prokurorluqdan bildirilib ki, mərhum evdə tək yaşayıb və spirtli içkilərə meylli olub. Cinayətin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

O.M.