Şəkidə oğul ananı baltaladı

Şəkidə oğul ananı baltaladı

24 Yanvar 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhər Prokurorluğundan məlumat verilir ki, Şəki rayonu Turan qəsəbəsində 23 yaşlı gənc anasını balta ilə yaralayıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zeynallı İntiqam Qəhrəman oğlu ailə münaqişəsi zəminində anası - 1956-cı il təvəllüdlü Zeynallı Firəngiz Orucəli qızının baş və ağız nahiyəsinə balta ilə xəsarət yetirib. F.Zeynallı aldığı xəsarətlərlə Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun durumunun orta-ağır olduğu bildirilir. Hadisəni törədən oğul isə istintaqa könüllü təslim olub. İ.Zeynallının narkotik vasitələrin istifadəçisi olduğu bildirilir. Onun atası Qəhrəman Zeynallı narkotik vasitələrin qanunsuz dövriyyəsinə gərə həbs edilib, hazırda məhkəməsi gedir.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, istintaq aparılır.
O.M.