Anar Məmmədovu ayı yeməkdə ittiham edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri cərimə olundu

Anar Məmmədovu ayı yeməkdə ittiham edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri cərimə olundu

23 Yanvar 2012 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Yasamal rayon Məhkəməsində "ZQAN Holdinq" şirkətlər qrupunun direktorlar şurasının sədri Anar Məmmədovla "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında "Ayı işi" ilə bağlı məhkəmə prosesi başa çatıb. Vəkil Vaqif Hüseynlinin verdiyi məlumata görə, prosesdə A.Məmmədovun iddiası təmin edilərək hər qəzetin ayrılıqda iş adamına 4 min manat ödəməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, iş adamı Anar Məmmədov 2010-cu ildə "Azadlıq" və "Yeni Müsavat" qəzetində dərc olunmuş, onun dostları ilə birlikdə 1 milyon manat ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edib. A.Məmmədov bunu şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirib və maddi təzminat olaraq qəzetlərdən üst-üstə 500 min manat istəyib.

O.M.