Bakıda taksi sürücüsü Nəqliyyat Nazirliyinin müfəttişini döydü

Bakıda taksi sürücüsü Nəqliyyat Nazirliyinin müfəttişini döydü

23 Yanvar 2012 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayon prokurorluğunun məlumatına görə, yanvarın 23-də gecə saatlarında paytaxtın Babək prospektində taksi sürücüsü Nəqliyyat Nazirliyinin müfəttişini döyüb. Taksi sürücüsü, 30 yaşlı Məmmədov İbrahim Telman oğlu həmin prospektdə xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi, 35 yaşlı Hüseynov İbrahim Elviz oğluna küt alətlə xəsarət yetirib. Yaralı başından aldığı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.