Bakıda qəbiristanlıqda əl qumbarası tapıldı

Bakıda qəbiristanlıqda əl qumbarası tapıldı

23 Yanvar 2012 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Xətai rayonu ərazisindəki qəbiristanlıqda döyüş sursatının aşkarlanması barədə nazirliyə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və müəyyən ediblər ki, bu, 1 ədəd istifadəyə yararlı əl qumbarasıdır. Sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

O.M.