Azərbaycanda 22 yanvarın kriminal xronikası

Azərbaycanda 22 yanvarın kriminal xronikası

23 Yanvar 2012 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 36 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmış, onların da 13-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 10 nəfər tutulmuşdur.

Qısqanclıq zəminində qonşusu Azər Bağırova bıçaqla xəsarət yetirmiş Ağstafa rayonunun Muğanlı kənd sakini Nəsibalı Mürsəquliyev tutulmuşdur

22.01.2012

Yanvarın 22-də Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Nəsibalı Mürsəquliyev qısqanclıq zəminində qonşusu Azər Bağırova bıçaqla xəsarət yetirmişdir. N.Mürsəquliyev Ağstafa RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.01.2012

Yanvarın 22-də saat 23.45 radələrində Qaradağ rayonu ərazisində Zaqatala rayon sakini Zakir Əsədullayev "KamAZ" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Balakən rayon sakini Qurban Bayramova məxsus "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə Q.Bayramov hadisə yerində ölmüşdür.

Naftalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.01.2012

Yanvarın 21-də saat 20.35 radələrində Naftalan şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Əjdər Məmmədov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.01.2012

Yanvarın 22-də saat 18.30 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elmxan Osmanov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.01.2012

Yanvarın 22-də saat 18.40 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Lerik rayon sakini Vəli Ağayev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Uruf Ağayevin Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindəki evinə baxış zamanı oradan 401,7 qram heroin aşkar edilərək götürülmüşdür

22.01.2012

Yanvarın 18-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Uruf Ağayevin Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindəki evinə baxış zamanı oradan 401,7 qram heroin aşkar edilərək götürülmüşdür.

Gəncə şəhər sakini Tapdıq Əkbərovdan külli miqdarda narkotik vasitə götürülmüşdür

22.01.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tapdıq Əkbərov 1 kiloqram marixuananı satarkən tutulmuşdur. T.Əkbərovun evinə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 200 qram marixuana aşkar edilərək götürülmüşdür.

12500 dollar pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini İlqar Muradov tutulmuşdur

22.01.2012

Nəqliyyatda Baş Polis İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 28-də Emin Nəbiyevin cibindən 12500 dollar pulunu oğurlamış Şərur rayon sakini İlqar Muradov tutulmuşdur.

42 baş qoyun oğurlanmış Göygöl rayon sakini Əbülfəz Məmmədov tutulmuşdur

22.01.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə Fatmayı kəndi ərazisində kənd sakini Fərhad Bayramova məxsus fermadan 42 baş qoyun oğurlanmış Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Əbülfəz Məmmədov tutulmuşdur.

Cəlilabad rayon sakini Ağababa Fətullayevdən tapança və ov tüfəngi götürülmüşdür

22.01.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ağababa Fətullayevdən 1 ədəd "Strac" tipli tapança və 1 ədəd müvafiq "TOZ-54" markalı ov tüfəngi götürülmüşdür.

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.01.2012

Yanvarın 22-də saat 19.15 radələrində Ucar rayonu ərazisində Bakı şəhər sakini Elçin Gözəlovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınla Balakən rayon sakini Zaur İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtobus toqquşmuşdur. Nəticədə E.Gözəlov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - atası Adil Gözəlov, anası Zinyət, arvadı Təranə, oğlanları 5 yaşlı Elcan və 3 yaşlı Adil xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Zəyəm-Qovlar dəmir yolu mənzilinin 129-cu km-də qəza hadisəsi baş vermişdir

22.01.2012

Yanvarın 21-də saat 21.15 radələrində Zəyəm-Qovlar dəmir yolu mənzilinin 129-cu km-də Tovuz rayon sakini Abbasəli Bayramov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurmuşdur. Xəsarət almış A.Bayramov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Ruhan Lalayeva dəm qazından boğularaq ölmüşdür

22.01.2012

Yanvarın 22- Sabunçu qəsəbə sakini Ruhan Lalayeva evində dəm qazından boğularaq ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

22.01.2012

Yanvarın 22-də Sumqayıt şəhər sakinləri Faiq Babayev, Rafiq Əyyubov, Gülnar Hacıyeva, Abşeron rayon sakinləri Elşən Babayev, Ofeliya Heydərova və qızı 12 yaşlı öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Hər kəsə qanuni verilən həyat qanunlarla idarə olunur...

Murad Şahməmmədov

O.M.