Azərbaycanda 20 yanvarın kriminal xronikası

Azərbaycanda 20 yanvarın kriminal xronikası

23 Yanvar 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Həmin gün ölkəmizdə 52 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.01.2012

Yanvarın 19-da saat 21.50 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Aleksandr Sergeyçuk vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Xəzər rayonunun Türkan yolunda qəza hadisəsi

20.01.2012

Yanvarın 20-də saat 03.45 radələrində Xəzər rayonunun Türkan yolunda qəsəbə sakinləri Əfqan Cəfərovun idarə etdiyi "VAZ-2107" və Elçin Əliyevin idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət almış Ə.Cəfərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Xəzər rayonunun Türkan yolunda qəza hadisəsi

20.01.2012

Yanvarın 20-də saat 03.45 radələrində Xəzər rayonunun Türkan yolunda qəsəbə sakinləri Əfqan Cəfərovun idarə etdiyi "VAZ-2107" və Elçin Əliyevin idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət almış Ə.Cəfərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş vermişdir

20.01.2012

Yanvarın 20-də saat 05.35 radələrində Nəsimi rayonu ərazisində şəhər sakinləri Səxavət Cəmilova və Çingiz İslamzadəyə məxsus mağazalardan yaxınlıqda saxlanılmış Firuz Cəbrayılova məxsus "Subaru" markalı avtomaşına keçən yanğın baş vermişdir. Nəticədə mağazaların və avtomaşının yanar konstruksiyaları yanmışdır.

Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılması nəticəsində yanğın baş vermişdir

20.01.2012

Yanvarın 20-də saat 19.40 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq qəsəbə sakini Rüfət Qasımova məxsus evin dam örtüyünə düşməsindən yanğın baş vermişdir. Nəticədə evin dam örtüyü yanmış, hadisə yerinə gəlmiş qəsəbə sakini Mənzər Mirzəyeva elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Xalid İsayev tutulmuşdur

20.01.2012

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Roman İrzayevə məxsus 190 manat pulu çantasından oğurlamış Bakı şəhər sakini Xalid İsayev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Əzəmət Xəyalov, Şərur rayon sakinləri Valeh Seyidov tutulmuş, Rəhim Babayev isə müəyyən edilmişdir

20.01.2012

Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu RPİ 13-cü PB və Abşeron RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il avqustun 9-da Xanlar Məmmədovun evindən 1300 manat pul və 1 ədəd bankomat kartını, Yafəz Quliyevin evindən isə 6530 manat pulu oğurlamış Gürcüstan vətəndaşı Əzəmət Xəyalov, Şərur rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Valeh Seyidov tutulmuş, Rəhim Babayev isə müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin digər cinayət əməli də müəyyən edilmişdir

20.01.2012

Yanvarın 18-də oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il dekabrın 6-da Nəsibə Yusifovanın evindən açar seçmək yolu ilə 8000 dollar pul və qızıl əşyaları oğurlaması da Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Dəm qazından, dərmandan və sirkə turşusundan zəhərlənmiş şəxslər xəstəxanaya gətirilmişlər

20.01.2012

Yanvarın 20-də Sumqayıt şəhər sakinləri Vüsal Rəsulov, Gülnar Günəşova, Abşeron rayon sakinləri Məlahət Quliyeva, Röya Misirova, Göygöl rayon sakini Vahidə Namazova və İmişli rayon sakini Qədir Gülməmmədov öz evlərindən dəm qazından, dərmandan və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən vəsaitlər aşkar edilərək götürülmüşdür

20.01.2012

Qusar RPŞ əməkdaşları tərəfindən yanvarın 20-də rayon ərazisində kirayədə yaşayan Quba şəhər sakinləri Xəyyam Ələkbərovun və Orxan Şixməmmədovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edərək rayon sakinləri Bəhruz Heydərovu, Şahin Hacıverdiyevi və Fərman Pirimovu oraya cəlb etmələri müəyyən edilmişdir. Həmin evə baxış zamanı onlara məxsus türk və rus dillərində çap edilmiş 40 ədəd dini kitab, 6 ədəd DVD diski və 1 ədəd "Bilayn" nömrəsi aşkar edilərək götürülmüşdür.

O.M.