Məcburi köçkün həyat yoldaşını güllələdi

Məcburi köçkün həyat yoldaşını güllələdi

23 Yanvar 2012 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz Rayon Prokurorluğundan bildirilir ki, rayon ərazisində qətl hadisəsi baş verib. Hadisə ötən gecə qeydə alınıb. Xocalı rayonundan olan məcburi köçkün, 1985-ci il təvəllüdlü Ramil Xəlilov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Bəsti Xəlilovanı ov tüfəngi ilə güllələyib. B. Xəlilova aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törədən R.Xəlilov polis tərəfindən saxlanıb. Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

O.M.