"Toy olsun" verilişinin aparıcısı Ulviranın əri ikinci dəfə bıçaqlandı

"Toy olsun" verilişinin aparıcısı Ulviranın əri ikinci dəfə bıçaqlandı

23 Yanvar 2012 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Klinik Tibbi Mərkəzi bildirir ki, ANS-in "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı yenidən bıçaqlanıb.

Məlumata görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, hadisə ötən gecə rayonun Şərifzadə küçəsi ev, 1 ünvanının qarşısında qeydə alınıb. T.Mustafayevin kimin tərəfindən bıçaqlandığı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Mustafayev son bir ayda artıq ikinci dəfədir bıçaqlanır. O, yanvarın 10-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Ağır bıçaq xəsarətləri alan T.Mustafayev bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.
O.M.