Azərbaycanda 18 yanvarın kriminal xronikası

Azərbaycanda 18 yanvarın kriminal xronikası

19 Yanvar 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 65 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 49-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Abşeron rayonu ərazisində Füzuli rayon sakini E.Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini B.İmanova bıçaqla xəsarət yetirmişdir

18.01.2012

Yanvarın 18-də Abşeron rayonunun Goradil kəndi ərazisində Füzuli rayon sakini Elgün Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini Bayram İmanova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş B.İmanov orada ölmüşdür. E.Hüseynov könüllü olaraq Binəqədi RPİ 4-cü PB-yə gəlmişdir.

Nəsimi rayonu ərazisində Bakı şəhər sakini V.Feyziyev avtomaşını idarə edərkən piyadanı vurmuşdur

18.01.2012

Yanvarın 18-də saat 20.00 radələrində Nəsimi rayonu ərazisində şəhər sakini Vasif Feyziyev "Opel" markalı avtomaşını idarə edərkən Bəhlul Mirzəyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Nəsimi rayonu ərazisində Bakı şəhər sakini V.Feyziyev avtomaşını idarə edərkən piyadanı vurmuşdur

18.01.2012

Yanvarın 18-də saat 20.00 radələrində Nəsimi rayonu ərazisində şəhər sakini Vasif Feyziyev "Opel" markalı avtomaşını idarə edərkən Bəhlul Mirzəyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Narkotik vasitə ilə saxlanılmış İmişli rayon sakini S.Nəsirlinin mənzil oğurluğu törətməsi və axtarışda olması da müəyyən edilmişdir

18.01.2012

Baş Mühafizə İdarəsi və Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Sərhəd Nəsirlidən 0,171 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun yanvarın 15-də Orxan Qəmbərovun mənzilindən qızıl əşyaları oğurlaması və Binəqədi RPİ tərəfindən CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə yanvarın 17-də tutulmuş R.Vəliquliyevin iki digər şəxslə birgə mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir

18.01.2012

Oğurluq etdiyinə görə yanvarın 17-də Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulmuş Ramin Vəliquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakinləri Yavər Əliyev və İlqar Hacıyev ilə birgə İqbal Rufullayevə, Faiq Ağayevə, Məhsəti Ağalarovaya, Namiq Hacıyevə və Şahin Mirzəyevə məxsus mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir. Y.Əliyev və İ.Hacıyev tutulmuşlar.

Yanvarın 17-də F.Hüseynovun evindən oğurluq etmiş şəxslər saxlanılmışlar

18.01.2012

Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Füzuli Hüseynovun evindən 1 ədəd noutbuk oğurlanmış Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Valeh Seyidov və Gürcüstan vətəndaşı Əzəmət Xəyalov saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı V.Bukukişvilinin ötən ilin noyabr ayında F.Orucovun mənzilini də qarət etməsi müəyyən edilmişdir

18.01.2012

Yanvarın 17-də oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 25-də Fuad Orucovun mənzilindən 1300 manat pul və qızıl əşyaları oğurlaması Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Yanvarın 4-də M.Abdullayev məxsus mağazadan oğurluq etmiş Tərtər şəhər sakini İ.Şəmdinov tutulmuşdur

18.01.2012

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Mənsur Abdullayev məxsus mağazadan 185 manat pul, 600 manat dəyərində danışıq kartları və 1 ədəd DVD oğurlamış Tərtər şəhər sakini İxtiyar Şəmdinov tutulmuşdur.

Yanvarın 11-də N.Əzizovaya qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini A.Qurbanov tutulmuşdur

18.01.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Nailə Əzizovaya qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini Asif Qurbanov tutulmuşdur.

F.Xankişiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Xəzər rayon sakini T.Hüseynov könüllü olaraq polis şöbəsinə gəlmişdir

18.01.2012

Yanvarın 7-də Füzuli Xankişiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Xəzər rayonunun Qala qəsəbə sakini Talıb Hüseynov könüllü olaraq Sabunçu RPŞ-yə gəlmişdir.

Qanunu bilmək üçün onu pozmağa ehtiyac yoxdur...

Murad Şahməmmədov

O.M.