Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verdi

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verdi

19 Yanvar 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhərindəki avtovağzalın qarşısında qeydə alınıb. Göyçay sakini, 1967-ci il təvəllüdlü Qasımov Mətləb Əlimövsüm oğlu 90-ME-078 dövlət nömrə nişanlı "Mercedes C-230" markalı minik maşınını yüksək sürətlə idarə edərkən yoldan çıxaraq əvvəlcə yol-ötürücü dairəyə, sonra isə yolun kənarındakı hasara və ağaca çırpılıb. Hadisə nəticəsində sürücü Mətləb Qasımov dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.