Abşeronda qətl hadisəsi baş verdi

Abşeronda qətl hadisəsi baş verdi

19 Yanvar 2012 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayon Prokurorluğu bildirir ki, rayon ərazisində qətl hadisəsi törədilib. Hadisə rayonun Goradil qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yeni inşa edilən evdə 24 yaşlı Bayram Şəfaqət oğlu İmanov naməlum şəxs tərəfindən qətlə yetirilib. Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil. Hazırda qətlin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri davama etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu ərazisində baş verən qətl hadisəsi barədə məlumat açıqlayıb. DİN-in verdiyi məlumata görə, yanvarın 18-də Abşeron rayonunun Goradil kəndi ərazisində Füzuli rayon sakini Elgün Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini Bayram İmanova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş B. İmanov orada ölüb. E. Hüseynov könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gəlib.

O.M.