Azərbaycanda 16 yanvarın kriminal xronikası

Azərbaycanda 16 yanvarın kriminal xronikası

17 Yanvar 2012 16:17
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 57 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Elxan Eminov sərnişinləri ilə birlikdə polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır

16.01.2012

Yanvarın 16-da saat 09.30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu RPİ-nin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılmışdır. Bu zaman avtobusun sürücü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Ə.Rzayevi təhqir etmiş və ona sifət nahiyəsindən xəsarət yetirmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Lökbatan qəsəbə sakinləri Nazim Həsənova bıçaqla xəsarət yetirməkdə, Elməddin Əsədovu isə döyməkdə şübhəli bilinən şəxslər tutulmuşlar

16.01.2012
Yanvarın 16-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki "Şah qaya" daş karxanasının ərazisində orada işləyənlər Bakı şəhər sakinləri Cəlal Salahov və qardaşı İlahəddin münaqişə zəminində Lökbatan qəsəbə sakinləri Nazim Həsənova bıçaqla xəsarət yetirmiş, Elməddin Əsədovu isə döymüşlər. C.Salahov və qardaşı İlahəddin Qaradağ RPİ 38-ci PB əməkdaşları tərəfindən tutulmuşlar.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Adil Paşayev tutulmuşdur

16.01.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Nərminə Rüstəmovaya qarşı zor tətbiq edərək içərisində 100 manat pul və mobil telefon olan çantasını ondan almış şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Paşayev tutulmuşdur.

Avtomaşın qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Əliyev saxlanılmışdır

16.01.2012

2011-ci il mayın 7-də Sumqayıt şəhərinin Corat qəsəbə sakini İntiqam Cavadova məxsus "Opel-Corsa" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Anar Əliyev yanvarın 16-da avtomaşınla birgə Lökbatan qəsəbəsi ərazisində Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən saxlanılmışdır.

Famil Süleymanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şirvan şəhər sakini Royal Rəsulov tutulmuşdur

16.01.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Famil Süleymanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şirvan şəhər sakini Royal Rəsulov tutulmuşdur.

1200 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz şəhər sakini Ruzaliya Quçiyeva tutulmuşdur

16.01.2012

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Nikolay Matveyenkoya məxsus 1200 manat pulu oğurlamış Xaçmaz şəhər sakini Ruzaliya Quçiyeva tutulmuşdur.

Sumqayıt şəhər sakinləri Günay Şabanova və Gülənbər Damadayeva dəm qazından zəhərlənmişlər

16.01.2012

Yanvarın 16-da Sumqayıt şəhər sakinləri Günay Şabanova və Gülənbər Damadayeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər, vəziyyətləri qənaətbəxşdir.

Həyat sükanı hər kəsin öz əlindədir. Sükan arxasında isə diqqətli olmaq lazımdır...

Murad Şahməmmədov

O.M.