Bakıda daş karxanasında kütləvi dava düşdü

Bakıda daş karxanasında kütləvi dava düşdü

17 Yanvar 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən Bakının Qaradağ rayonunda yerləşən daş karxanasında işləyən iki fəhləyə xəsarət yetirməkdə təqsirli bilinənlər - Bakı şəhər sakinləri Cəlal Salahov və onun qardaşı İlahəddin Salahov tutularaq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, məlum hadisə dünən Qaradağ rayonunda yerləşən "Şah qaya" daş karxanasında qeydə alınıb. Orada işləyən iki fəhlə müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Müayinə zamanı onlardan 32 yaşlı Nazim Həsənovun bıçaq xəsarəti aldığı, 29 yaşlı Elməddin Həsənovun isə döyüldüyü məlum olub. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, yaralıların dediyinə görə, onlar daş karxanasında fəhlələr arasında düşən davada xəsarət alıblar.

O.M.