Dələduzluqda ittiham olunan sabiq həbsxana rəisi həbs edildi
Salyan Rayon Polis Şöbəsindən bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi həbs edilib. Məlumata görə, Cəzaçəkmə Müəssisənin sabiq rəisi Faiq Güləliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. O, bir neçə vətəndaşı işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəməkdə günahlandırılır. Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.
O.M.
                Digər xəbərlər
            
                            
                            
                            
                            











    
    


























.jpg)
.jpg)
.jpg)





















































