Rusiyada saxlanılan S.Kərimova girovluqdan azad edildi

Rusiyada saxlanılan S.Kərimova girovluqdan azad edildi

16 Yanvar 2012 12:56
Bəyəndim (0) Bəyənmədim (0)
3 qızı tanışları girov saxlamışdı

13 yanvar günü Moskva ətrafındakı Puşkino şəhərində zorla saxlanılan 3 girov azad edilib. Bir sutka saxlanılan qızlar yalnız polisin hücumu nəticəsində azadlığa qovuşa biliblər.

Svetlana Kərimovanı həmin evə tanışları gətirmişdilər. Gecə evə qayıtmaq istəyərkən tanışları onu yerindən tərpənməyə qoymadılar. Onunla bərabər 2 qız da girov saxlanıldı. İki metr hasarı olan üçmərtəbəli həyət evi sözün əsl mənasında qəsrə çevrildi.

Hadisə yerinə gələn polislər ilk əvvəl ev yiyəsindən darvazanı açmasını tələb etdilər. Etiraz olunduqda "qəsri" hücumla götürməli oldular.

Dindirilmə zamanı Ukrayna vətəndaşları olan şübhəli şəxslər heç kimi girov götürmədiklərini, qızların öz xoşu ilə gəldiklərini bildirdilər.

Crims.ru saytının Puşkino şəhər İstintaq İdarəsinin baş müstəntiqi Aleksey Piskunova istinadən yaydığı məlumata görə, şübhəli şəxslər hadisə yerində olan bir azyaşlı qızı zorlayıblar. Eyni zamanda girovlarına qarşı fiziki və mənəvi güc tətbiq ediblər. Məsələ ilə bağlı R.F. Cinayət Məcəlləsinin 131-ci maddəsinin 27-ci bəndi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, şübhəli qismində saxlanılan şəxslər Puşkino şəhərində sayılıb seçilən iş adamlarıdır.

O.M.