Bakıda gecə barında Saatlı sakinlərini döyən 4 nəfər tutuldu

Bakıda gecə barında Saatlı sakinlərini döyən 4 nəfər tutuldu

16 Yanvar 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsi bildirir ki, Bülbül prospektində yerləşən gecə klubunda bıçaqlanma hadisəsi qeydə alınıb. Naməlum şəxslər Saatlı rayon sakinləri Nicat Talıbovun sinə nahiyəsinə bıçaqla, qardaşı Muradın isə burnundan yumruqla vuraraq onlara xəsarət yetiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Toğrul Dəmirov, Famil Hacıyev, Məhəmməd Məmmədov və Elsevər Xanlarov yanvarın 15-də yaxalanıblar.

O.M.