Novxanıda "Aqua Park" istirahət mərkəzinin yaxınlığında dənizdə kişi meyiti tapıldı

Novxanıda "Aqua Park" istirahət mərkəzinin yaxınlığında dənizdə kişi meyiti tapıldı

16 Yanvar 2012 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, bu gün səhər saatlarında, Novxanı bağlarında, "Aqua Park" istirahət mərkəzinin yaxınlığında dənizdə meyit aşkarlanması barədə polisə məlumat daxil olub. Dərhal hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit dənizdən çıxarılıb. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

O.M.