Sumqayıtda narkoman özünü asdı

Sumqayıtda narkoman özünü asdı

14 Yanvar 2012 19:03
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilir ki, bu gün şəhərin 9-cu mikrorayon, ev 74, mənzil 17 ünvanında intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 30 yaşlı İlqar Rəhim oğlu Rəhimov yaşadığı doqquzmərtəbəli binanın damında özünü asıb. Mərhumun meyiti hadisədən xeyli sonra qonşuları tərəfindən aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq bir məlumat olmasa da, mərhumun narkotik vasitələrin aludəçisi olduğu bildirilir.

Faktla bağlı Sumqayıt rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.