Hacıqabulda yüksək sürət can aldı

Hacıqabulda yüksək sürət can aldı

14 Yanvar 2012 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, bu gün saat 12:30 radələrində Bakı-Qazax yolunun 134-cü kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndi ərazisində zəncirvarı yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Əzizli Toğrul İlham oğlunun idarə etdiyi "VAZ 2106" markalı 10 EK 483 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə onun həmyerlisi, 1988-ci il təvəllüdlü Əmirov Məhəmməd Aydın oğlunun idarə etdiyi "Mercedes" markalı 10 XP 565 dövlət nömrə nişanlı avtomobilə, daha sonra isə Rüstəmov Feyruz Əli oğlunun idarə etdiyi, Şirvan şəhərində yerləşən Üzən Nasoslar Stansiyasının Təmir zavoduna məxsus "KamAZ" markalı, 18 AC 299 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə, "VAZ 2106" markalı avtomobili idarə edən 16 yaşlı Əzizli Toğrul İlham oğlu aldığı xəsarətlərdən Şirvan Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı artıq BDYP-nin İstintaq İdarəsində araşdırma aparır.

O.M.