Xaçmazda gənc özünü asmaq istəyib

Xaçmazda gənc özünü asmaq istəyib

20 Aprel 2011 14:53
1 154
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 20-də axşam saatlarında Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib. Rayonun Palçıqoba kənd sakini, 1989-cu il təvəllüdlü Nəcəfov Şahzadə Rahid oğlu özünü asaraq intihar etmək istəyib.

Lakin onun 13 yaşlı bacısı Fəxriyyə Nəcəfova qardaşını xilas edə bilib. O, qardaşının həyətlərindəki yardımçı tikilidə ipdən asılı qaldığını görüb. Fəxriyyə özünü itirmədən onun ayaqlarından qaldıraraq qardaşının həyatını xilas edə bilib. Ş. Nəcəfov isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İntihara cəhd edən şəxs heç bir şey xatırlamır.


Qeyd edək ki, 13 yaşlı Fəxriyyə Nəcəfova bir neçə ay öncə intihar etməyə çalışan qonşunun da həyatını xilas edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

O kəndin sakinlərinin ipinin üstünə odun yığmaq olmur. Gözünü qırpan kimi kimsə ipi götürüb özünü asmaq istəyir.

Elvin Babayev

O.M.