Ucarda ana-bala dəm qazından zəhərləndi

Ucarda ana-bala dəm qazından zəhərləndi

13 Yanvar 2012 22:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ucar RPİ məlumat verir ki, rayonda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Hadisə bu gün axşam saat 20:00 radələrində Ucar şəhərində qeydə alınıb. Ucar şəhərinin Bakı küçəsindəki 29 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü İbrahimova Aygün Səftər qızı və onun azyaşlı övladı hamam otağında dəm qazından zəhərlənərək Ucar Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər ananın vəziyyətini ağır qiymətləndirirlər. Aygün İbrahimova hamamda quraşdırılan "kalonka" adlanan su qızdırıcısının nasaz olması nəticəsində yanmış qaz kütləsinin bayıra tam çıxmaması səbəbindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

O.M.