Şamaxıda avtobusla yük maşını toqquşdu

Şamaxıda avtobusla yük maşını toqquşdu

13 Yanvar 2012 22:00
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şamaxı-Pirqulu yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alanlar var. Hadisə bu gün saat 16:00 radələrində yolun 19-cu kilometrliyində, Nağaraxana kəndi ərazisində qeydə alınıb. Şamaxı sakini 1952-ci il təvəllüdlü Çobanov Raqif Firudin oğlunun idarə etdiyi Şamaxı-Pirqulu marşrutu ilə hərəkət edən 56-AC-235 dövlət nömrə nişanlı "Hyundai" markalı sərnişin avtobusu qarşı tərəfdən gələn 1963-cü il təvəllüdlü Kərimov Vahid Şahbalı oğlunun idarə etdiyi "Azəryolservis" ASC-yə məxsus 90-JR-067 dövlət nömrə nişanlı "Tatra 815" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü Raqif Çobanov və sərnişini 1997-ci il təvəllüdlü Nuran İbrahimov ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.