Sahildən 20 km uzaqlaşan lənkəranlı balıqçılar geri qayıda bilmirlər

Sahildən 20 km uzaqlaşan lənkəranlı balıqçılar geri qayıda bilmirlər

13 Yanvar 2012 18:57
678
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanvarın 13-də 2 nəfər balıq tutmaq məqsədi ilə qayıqla Lənkəran rayonu, Siyavar kəndi yaxınlığında dənizə çıxıb və mühərrikdə yaranmış nasazlıq səbəbindən onlar sahildən təxminən 20 km aralıda köməksiz vəziyyətdə qalıblar. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Balıqçıların xilas olunması istiqamətində zəruri tədbirlər görülür.

O.M.