Bakıda antena düzəldən şəxs 4-cü mərtəbədən yıxılıb öldü

Bakıda antena düzəldən şəxs 4-cü mərtəbədən yıxılıb öldü

13 Yanvar 2012 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Prokurorluğundan məlumat verilir ki, bu gün saat 16.00 radələrində rayonun Neapol küçəsi, 24 ünvanında ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan məcburi köçkün, 1953-cü il təvəllüdlü Hüseyn Xanhüseyn oğlu Mustafayev yaşadığı binanın 4-cü mərtəbəsində antena düzəldərkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.