Bakıda xəstəxananın ərazisində əl qumbarası tapıldı

Bakıda xəstəxananın ərazisində əl qumbarası tapıldı

13 Yanvar 2012 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda xəstəxananın ərazisində təmir-tikinti işləri aparılan zaman partlamamış döyüş sursatının aşkarlanması barədə nazirliyə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd əl qumbarasıdır. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

O.M.