Xalq artisti Aygün Kazımovanın qardaşı həbs edildi
Xalq artisti Aygün Kazımovanın qardaşı həbs edilib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli
miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq
əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun
barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat
müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq
istintaqa təhvil verib. K. Kazımovun barəsində həbs-qətimkan tədbiri
seçilib.
A. Süleymanov vətəndaşlara müraciət edərək K.Kazımovla bağlı şikayəti olan
şəxslərin Xətai Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edib.
O.M.