Masazır məscidinin axundunun çılpaq şəkilləri yayıldı

Masazır məscidinin axundunun çılpaq şəkilləri yayıldı

12 Yanvar 2012 16:14
Bəyəndim (0) Bəyənmədim (4)

Gün.az-ın məlumatına görə, bu gün saytın redaksiyasına Masazır qəsəbəsində fəaliyyət göstərən məscidin axundu Hacı Nadirin saunada yaxalanması ilə bağlı məlumat daxil olub. Məlumata əsasən, axund saunada qadın ilə olub.

Verilən məlumata görə, o, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Lakin alınan məlumatı Abşeron Polis Şöbəsində təsdiqləmək mümkün olmayıb. Bundan başqa, aidiyyəti üzrə polis sahə müvəkkili və əməliyyatçı da hadisədən bixəbər olduqlarını bildirdilər. Qəsəbə sakinləri arasında sorğu nəticəsində isə məlum olub ki, dünən Hacı Nadirin evinə polis əməkdaşları gəlib, lakin onu evdə tapa bilməyiblər. Sakinlər axtarışın səbəbini bilməsələr də, Hacı Nadiri iki gün ərzində görmədiklərini deyiblər. Hacı Nadir özü isə məsələnin tam başqa cür olduğunu deyib. Onun sözlərinə görə, o özü özünün çılpaq formada şəkilini mobil telefonu vasitəsilə çəkib. "Allah şeytana lənət etsin. Bilmədim, niyə belə etdim. Amma sonradan kimlər isə bu şəkli mənim telefonumda götürüblər və yayıblar. Şübhələndiyim adamlara bunu sübut edə bilmirəm".

O.M.