Göygöldə mebel sexi yandı

Göygöldə mebel sexi yandı

12 Yanvar 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, Göygöl rayonunun Quşqara kəndi ərazisində yerləşən mebel sexində yanğın baş verib. Yanğın yanvarın 11-də saat 21:00 radələrində Gəncə hava limanı yolu yaxınlığında yerləşən, ümumi sahəsi 2800 kvadratmetr olan mebel sexində başlayıb.

Yanğının söndürülməsinə Göygöl Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları ilə yanaşı, Gəncə Yanğından Mühafizə İdarəsinin maşınları da cəlb edilib. Yanğın nəticəsində mebel sexinin 120 kvadratmetrlik sahəsi tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla əlaqədar təhqiqat aparılır.

O.M.