Zaqatalada 15 mağazanı qarət etmiş 9 nəfərlik dəstə tutuldu

Zaqatalada 15 mağazanı qarət etmiş 9 nəfərlik dəstə tutuldu

12 Yanvar 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilir ki, rayonda oğruluqda təqsirləndirilən 9 nəfərdən ibarət dəstə üzvləri tutulub. Məlumata görə, Zaqatala şəhər sakinləri, 1992-ci il təvəllüdlü Orxan Paşayev, 1994-cü il təvəllüdlü Oruc Muradov, 1994-cü il təvəllüdlü Məhəmməd Bayramov, 1994-cü il təvəllüdlü Əfəndi Rəcəbov, 1995-ci il təvəllüdlü Amin Mursalov, 1994-cü il təvəllüdlü Əziz Rəhimov, 1993-cü il təvəllüdlü Ramin Əloyev, 1995-ci il təvəllüdlü Sərxan Davudov və 1992-ci il təvəllüdlü Nurlan Musayev əlbir olaraq Zaqatala şəhəri və rayon ərazisində fəaliyyət göstərən 15-dən çox ərzaq mağazalarından oğruluq hadisələri törədiblər. Belə ki, oğruluqla məşğul olan, gənclərdən ibarət dəstə mağazalardan ərzaq malları və nağd pul aparıblar. Dəstə üzvlərindən olan Amin Mursalov, Əziz Rəhimov və Sərxan Davudov əvvəllər də oğruluq etdikləri üçün cəzalandırılıblar.

Həbs edilənlər barəsində cinayət işi başlanıb, dəstə üzvlərinin rayon ərazisində baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

O.M.